Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Samux şəhəri sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Samux şəhəri sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə şəhər sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov şəhər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra şəhər sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
Şəhər sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev şəhər sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.