Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Vətən müharibəsində və ondan sonrakı dövrdə baş vermiş təxribatlar nəticəsində yaralananlar daim diqqət mərkəzində saxlanılır, mütəmadi ziyarət olunurlar.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Vətən müharibəsində və ondan sonrakı dövrdə baş vermiş təxribatlar nəticəsində yaralananlar daim diqqət mərkəzində saxlanılır, mütəmadi ziyarət olunurlar. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir.
Samux rayonundan olan, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatları zamanı yaralanan hərbi qulluqçular ziyarət olunub.
Samux Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Emin Şəmmədov, Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və müalicələri ilə maraqlanıblar.
Əlavə məlumat üçün qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribat zamanı Samux rayonundan olan 2 hərbi qulluqçu, Nəsirov Tələt Həbib oğlu və Aslanov Əli Zəlqəm oğlu yaralanıb. Hər ikisinin səhhəti normaldır, müalicələri müvəqqəti olaraq ev şəraitində davam etdirilir.
Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfalar diləyirik.