Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev sərbəst güləş üzrə millimizin üzvü Cəfər Cəfərovla görüşdü.

10 avqust 2022 | 16:10

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev sərbəst güləş üzrə millimizin üzvü Cəfər Cəfərovla görüşdü.

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında 41 kq çəki dərəcəsində 1-ci yeri tutan sərbəst güləş üzrə millimizin üzvü Cəfər Cəfərovla Samux Rayon İcra Hakimiyyətində görüşdü. Görüşü çıxış nitqi ilə açan Alı Qocayev idmanın inkişafı üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını iştirakçıların diqqətinə çatdıraraq gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində idmanın böyük rolu olduğunu bildirdi.

Cəfər Cəfərov da çıxış edərək onu qəbul etdiyi və hər zaman dəstəklədiyi üçün rayon rəhbərliyinə özminnətdarlığını bildirdi. İdmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Sonda İcra Başçısı idmançı ilə xatirə şəkli çəkdirdi.

Keçidlər