Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayon İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Rəşid Abdulla oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi.

10 noyabr 2022 | 18:35

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayon İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Rəşid Abdulla oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, rayonun imamı və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı . Şagirdlər vətənpərvərliklə bağlı şeirlər dedilər.

Abdullayev Rəşid Abdulla oğlu 23 mart 2002-ci il tarixdə İnstitut qəsəbəsində anadan olmuşdur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 08 noyabr 2020-ci ildə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 10 noyabr 2020-ci ildə Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər