Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş İntiqam Hüseynovu qəbul edib.

24 iyul 2023 | 16:57
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş İntiqam Hüseynovu qəbul edib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qəbul zamanı​ İntiqam Hüseynovu yeni təyinat münasibətilə təbrik edib və​ ona işlərində uğurlar arzulayıb.​ Qəbulda həmçinin, Samux rayonunda həyata keçirilən​ gənclər və idman siyasətinin mövcud vəziyyəti, qarşıda duran perspektiv məsələlər, strateji fəaliyyət və əməkdaşlıq, gənclərin və idmanın inkişafı üçün maddi-texniki bazanın mövcud vəziyyəti müzakirə olunub. Eyni zamanda gənclər və idman siyasəti istiqamətində həyata keçirilən  layihə və tədbirlərə rayon rəhbərliyi tərəfindən tam dəstək göstərildiyi və bu dəstəyin davamlı olacağı diqqətə çatdırılıb.

 

Keçidlər