Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev daha bir şəhidin şəhadətinin il dönümündə iştirak etdi.

15 noyabr 2022 | 08:48

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev daha bir şəhidin şəhadətinin il dönümündə iştirak etdi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun şəhadətinin ildönümü ilə bağlı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, rayonun imamı və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı . Məktəblilər vətənpərvərliklə bağlı şeirlər dedilər.

Abdullayev Qəzənfər Nəcəf oğlu 10 may 1993-cü il tarixdə Samux rayonunun Ziyadlı kəndində anadan olmuşdur. Samux rayon Ziyadlı kənd tam orta məktəbinin məzunudur. 2019-cu ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. 27 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. Bir müddət reanimasiyadan sonra 14 noyabr 2020-ci il tarixdə şəhid olub. 15 noyabr 2020-ci ildə Samux rayon Ziyadlı kəndində dəfn olunub. Evli idi. 1 oğlu var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər