Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 3 qat Azərbaycan çempionu, Avropa mükafatçısı, dünya kubokunun sahibi, Turkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış idmançı Elxan Əliyev ilə görüşdü.

26 avqust 2022 | 12:30

Samux Kikboksinq Klubunun yetirməsi, əməkdar məşqçi-müəllim Elnur Salamovun tələbəsi, 3 qat Azərbaycan çempionu, Avropa mükafatçısı,  dünya kubokunun sahibi Elxan Əliyev (full contact, 71 kq) Turkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmışdır.
Bu münasibtlə 26 avqust 2022-ci il tarixdə Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev idmançımız Elxan Əliyevi və məşqçi-müəllimi Elnur Salamovu qəbul etmişdir. 
Rayon rəhbəri idmançımızı təbrik edərək gələcəkdə daha yüksək nailiyyətlərə imza atmğı arzuladı. Qeyd etdi ki, rayon idmançıları mütəmadi olaraq müxtəlif yarışlarda yüksək nəticələr qazanırlar. Buna misal olaraq güləş, şahmat, kikboksinq idman növləri üzrə nəticə vermiş onlarla idmançımızın adını çəkmək olar. Biz də rayonda dövlət siyasətini icra edən orqan olaraq idmançılara mütəmadi sosial təminatlar və mənəvi dəstək veririk. İnanırıq ki, yaxın gələcəkdə uğurlarımız daha bol olar.
Sonda Alı Qocayev idmançımız Elxan Əliyevi və məşqçi-müəllimi Elnur Salamovu fəxri fərmanla mükafatlandırdı.

Keçidlər