Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

20 iyun 2024 | 15:46
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, torpaq, suvarma, tikinti və digər sahələri əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

 

 

Keçidlər