Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində vətəndaşların müraciəti dinlənildi

21 dekabr 2023 | 14:30

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Qəbulda Başçının müavinləri, RİH Başçısı aparatının şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri və müraciət edən sakinlər iştirak ediblər.

Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, qaz təchizatının bərpası, yolların təmiri, su və kanalizasiya xəttlərinin yenilənməsi ilə bağlı olub.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə müvafiq tapşırıqlar verib.

 

Keçidlər