Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 27.07.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
27 iyul 2023 | 12:09
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 13 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan, 5 nəfəri torpaq, 7 nəfəri suvarma suyu, 1 nəfəri isə işlə təmin olunma ilə bağlı müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.