Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 27.04.2023-cü il tarixində növbəti fərdi qaydada qəbulu keçirilmişdir.

27 aprel 2023 | 14:40
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 11 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan , 5 nəfəri suvarma suyu, 3 nəfəri torpaq, 2 nəfəri iş, 1 nəfəri isə maddi yardım ilə bağlı müraciət etmişdirlər.Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər