Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 17.08.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.

17 avqust 2023 | 11:38
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 17.08.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 9 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 7 nəfəri suvarma suyu, 1 nəfəri elektrik enerjisinin təminatı və 1 nəfəri isə marşurut xətti ilə bağlı müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər