Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 10.08.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
10 avqust 2023 | 16:15
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 10.08.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 20 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan, 6 nəfəri torpaq, 5 nəfəri iş, 3 nəfəri suvarma suyu, 2 nəfəri elektrik enerjisinin verilməsi, 1 nəfəri qaz, 1 nəfəri sosial yardım, 1 nəfəri maddi köməklik və 1 nəfəri isə məşğulluq ilə bağlı müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.