Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 05.10.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
05 oktyabr 2023 | 17:09
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların 05.10.2023-cü il tarixində növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 9 nəfər vətəndaşın müraciəti dinlənilmişdir Onlardan, 2 nəfəri suvarma suyu, 2 nəfəri torpaq, 2 nəfəri elektrik enerjisinin verilməsi, 1 nəfəri məşğulluq, 1 nəfəri qaz xətti, 1 nəfəri isə sosial yardım ilə bağlı müraciət etmişdirlər.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.