Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində sakinlərin müraciət və təklifləri dinlənilib

21 noyabr 2024 | 11:28

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, yol təmiri və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər