Samux Rayon İcra Hakimiyyətində respublika birinciliyinə vəsiqə qazanan rayonun "Şahin" komandası ilə görüş keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayondan zona qalibi olmuş və respublika birinciliyinə vəsiqə qazanan "Şahin" komandası görüş keçirdi.
Dəyirmi masa arxasında keçən görüşdə Alı Qocayev gənclərimizi təbrik edərək qeyd etdi ki, rayon gənclərinin nailiyyətləri ildən-ilə artmaqda davam edir. Gənclərin vətənpərvərlik tərbiyəsində "Şahin" hərbi-idman oyununun bilavasitə böyük rolu vardır. 44 gün ərzində dünyanı heyrətdə qoyan müharibədə qazandığımız qələbə gənclərimizin vətənpərvərlik ruhunun yüksək olmasından irəli gəlir.
Alı Qocayev gənclərimizə öz tövsiyyələrini verərək qeyd etdi ki, gənclərimiz idman, təhsil, informasiya texnologiyaları və s. sahələrdə də öz bilik bacarıqlarını nümayiş etdirməkdən çəkinməməlidirlər.
Daha sonra Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev və şəhər 2 saylı tam orta məktəbin direktoru Əminə Cəfərova qeyd etdilər ki, 10 may 2022-ci il tarixdə "Şahin" hərbi-idman oyununun respublika birinciliyində komandamız iştirak edəcək. Komanda birinciliyə böyük ruh yüksəkliyi ilə hazırlaşır.
Sonda rayon rəhbəri gənclərimizə respublika birinciliyində uğular arzulayaraq yüksək nəticə ilə qayıtmağı arzu etdi.