Samux Rayon İcra Hakimiyyətində “Qışa hazırlıqla” bağlı iclas keçirilib.
Samux Rayon İcra Hakimiyyətində “Qışa hazırlıqla” bağlı iclas keçirilib.
Görüşdə Samux RİH- aparatının baççısı Firdovsi Əliyev, Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi Samux Elektrik Şəbəkəsi, “Azəriqaz” Samux Xidməti Sahəsinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “30 №-li Yol İstismar" Məhdud Məsuliyətli Cəmiyyətinin, Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qərb Regional Filialının Samux Şöbəsinin və Mənzil Komunal İstehsalat Birliyinin rəhbərləri, icra nümayəndələri və bələdiyələr iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qışa hazırlıq məsələlərinə dair tapşırığına əsasən rayon ərazisində xidməti təşkilatlar tərəfindən əhaliyə göstərilən xidmətlər haqqında geniş müzakirələr aparılmışdır.
Tədbirdə Samux rayon ərazisində fəaliyyət göstərən xidməti təşkilatların əhaliyə göstərdikləri xidmətlər qənaətbəxşt hesab edilmiş, Samux RİH-nin başçısı cənab Firdovsi Əliyev tərəfindən qışa daha da hazırlıqlı olunması üçün müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.