Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.

28 sentyabr 2023 | 17:23
İcra Hakimiyyətinin başçısı Alı Qocayev növbəti vətəndaş qəbulu keçirib.
Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 6 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan, 3 nəfəri suvarma suyu, 2 nəfəri torpaq, 1 nəfəri isə sosial yardım ilə bağlı müraciət etmişdirlər.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdiyini bildirib.
Keçidlər