Şriftin ölçüsü :

Saytın rəngi :

Samux  Rayon İcra Hakimiyyətində növbəti dəfə fərdi qəbul keçirilib.

08 avqust 2024 | 12:27

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə, müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, elektrik naqillərinin dəyişdirilməsi, torpaq sahəsinin sənədləşməsi, təhsil və digər sahələri əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

 

Keçidlər