Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində “Müstəqilliyimiz dönməzdir, sarsılmazdır və əbədidir” adlı elmi-praktiki konfrans keçirildi.

26 may 2023 | 18:22
May ayının 26-da “Heydər Əliyev İli” çərçivəsində Müstəqillik Günü münasibəti ilə Samux Rayon İcra Hakimiyyətində “Müstəqilliyimiz dönməzdir, sarsılmazdır və əbədidir” adlı elmi-praktiki konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri,hüquq mühafizə orqanları,təhsil işçiləri, idarə,müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.
Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir.
Keçidlər