Samux Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir.
13 aprel 2023 | 17:36
Samux Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir.
13 aprel 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları,inzibati ərazi dairəsi üzrə nümayəndələr,bələdiyyə sədrləri,DAİM-in və digər idarə müəssisə, təşkilatların əməkdaşları, qabaqcıl barama istehsalçıları iştirak etmişdir. Müşavirədə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Alı Qocayev rayonda baramaçılıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Samux rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. 2022-ci ildə baramaçılığın inkişafı ilə əlaqədar olaraq rayonumuzda (55)2429.65 kq yaş barama istehsal olunmuşdur. Bu ilə olan barama istehsalı isə (80) 3200 kq olaraq nəzərdə tutulmuşdur.
Daha sonra baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.