Samux Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərdi.
15 fevral 2023 | 15:52
Samux Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərdi.
Fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikamızın bütün ərazilərində olduğu kimi Samux rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir.
Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq can Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam etdirilir.
Türkiyədə zəlzələ baş verən ilk gündən Samux rayonunda yardımlaşma kampaniyası başlamışdır. Belə ki, yardımlaşma kampaniyası çərçivəsində maşın karvanı Türkiyə Respublikasına yola salındı.