Samux Rayon İcra Hakimiyyəti Başcısının Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.
Samux Rayon İcra Hakimiyyəti Başcısının Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.
Tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd edildi.
Hesabatda Samux Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Qarayev Elmar, Zazalı kənd ərazisində fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və kənd sakinlər iştirak edirdilər.
Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Altay Əliyev çıxış edərək qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasəti nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir və bununlada beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əhalin sosial rifahının yaxşılaşdırmaq məqsaədi ilə hər il əmək haqılarını və təqaüddəri artırır.
Daha sonra A.Əliyev bildirdi ki, Zazalı kənd İƏD-si dairəsi 3 vahidlikdən ibarətdir. Cari ilin göstəricilərinə əsasən kəndlərimizdə 558 təsərrüfat vardır ki, həmin təsərrüfatlardan Tatlı kəndi 243, Zazalı kəndi 184 və Qiyaslı kəndi 131 təsərrüfatdan ibarətdir. 2387 nəfər qeydiyyatda durur. Kəndlərimizdə həmçinin 53 nəfərdən ibarət 12 məcburi köckun ailəsi müvəqqəti qeydiyyatda durur. Nümayəndəliyin 1 tam orta məktəb, 2 ümumi orta məktəb, 3 tibb məntəqəsi, 1 kitabxana, 1 klub, ATS və Poçt fəaliyyət göstərir. Nümayəndəlik ərazisində ki, məktəblərdə 314 şagirdin təhsili ilə 75 müəllim məşqul olur.
Samux Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Qarayev Elmar Ufad oğluçıxış edərək ilk növbədə Ölkəmiz və Rayonumuzda gedən abadlıq quruculuq işlərindən məlumat verərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasəti danışdı. Sonra E.Qarayev hesabat iştirakçılarına Samux Rayon İcra Hakimiyyəti Başcısının Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununlarına bağlı hesabatına münasibət bildirilməsini xahiş etdi.
Tədbir iştirakçıları hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər.