Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən Şuranın İclası keçirilib.

26 oktyabr 2022 | 23:09

Samux Rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən Şuranın İclası keçirilib.

İclasda rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Yığıncağı giriş sözü ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açdı. Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Qurbanov gündəlikdə duran məsələləri şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra cari məsələlər müzakirəyə çıxarılaraq, şura tərəfindən müvafiq qərar qəbul edilmişdir. Şura iclasını Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev yekunlaşdırdı.

 

Keçidlər