Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və 2023 –cü ildə qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.

27 yanvar 2023 | 15:22

Samux Rayon İcra Hakimiyyəti Başcısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və 2023 –cü  ildə   qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.

Tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd edildi.

Hesabatda Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Sərkar kənd ərazisində fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və kənd sakinlər iştirak edirdilər.

 Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Təhmasib Əliyev çıxış edərək qeyd etdi ki, Ölkəmiz son vaxtlar dünyada diqqət mərkəzindədir. Ölkəmizin prezidenti cənab İlham Əliyevin  apardığı siyasət, dayaqlı çıxışları, diplomatiyası, öz ökləsinin hər sahədə  inkişaf etdirməsi,  əksər ölkələrin diqqətini   özünə cəlb etdirmişdir.

 Ulu öndər  H.Əliyevin vəsiyyətlərini  və tövsiyyələrini  həyata keçirən prezidentimiz  cənab İ Əliyev öz  əzimli yumruğu altında  xalqı birləşdirərək düşmən üzərində qələbəsi  bir daha xalqımızın nüfuzunu artırmışdır.  Bu gün ölkəmizin hər yerində tikinti abadlıq işləri gedir. Hal hazırda Qarabağda  analoqu  olmayan tikintilərin aparılması buna canlı misaldır.

  Ölkəmizin hər yerində aparılan abadlıq işlıri  bizimdə rayonumuzdan, kəndimizdən yan keçməyib. Bu inkişaf dövründə  cənab prezidentimiz İ.Əliyevin və H.Əliyev fondunun  prezidenti  ölkəmizin vitse prezidenti  Mehriban Əliyevanın  gegionların inkişafı  onların diqqətindən yan keçməmişdir. Bizim kəndimiz buna canlı misaldır. İki iil ərzində doğma kəndimizdə analoqu olmayan tikinti və abadlıq  işləri hamımızın sevincinə səbəb olmuşdur. Sərkar kəndi rayonumuzun ən iri kəndlərindən biridir. 1143 təsərrüfatı və 5685 nəfər əhalisi vardır. Kəndimiz həmişə rayon rəhbərinin diqqət mərkəzindədir. Hesabat ili dövründə , Sərkar kənd icra nümayəndəsi öz işini kənd bələdiyyəsi ilə birgə quraraq kənddə bir sıra abadlıq  quruculuq  işlərinə köməklik etmişlər.

  Hesabat dövründə nümayəndəliyə  183 şifahi müraciət, 5  yazılı ərizə 30 yuxarı təşkilatlardan  daxil olmuşdur , yuxarı təşkilatlara 87  məktub göndərilmişdir. Kənd sakinlərindən  23 müraciət daxil olmuşdur, onlardan 11 yuxarı təşkilatlara, 12  icra hakimiyyətinə . Son günlər 2 nəfərin haqsız şikayətləri, bizim işlərin hamısına xətalar gətirmişdir. Daha sonra A.Əliyev bildirdi ki, Zazalı kənd İƏD-si dairəsi 3 vahidlikdən ibarətdir. Cari ilin göstəricilərinə əsasən kəndlərimizdə 558 təsərrüfat  vardır ki, həmin təsərrüfatlardan Tatlı kəndi 243, Zazalı kəndi 184 və Qiyaslı kəndi 131 təsərrüfatdan ibarətdir.   2387 nəfər qeydiyyatda durur. Kəndlərimizdə  həmçinin 53 nəfərdən ibarət 12 məcburi köckun ailəsi müvəqqəti qeydiyyatda durur. Nümayəndəliyin 1 tam orta məktəb, 2 ümumi orta məktəb, 3 tibb məntəqəsi, 1 kitabxana, 1 klub, ATS və Poçt fəaliyyət göstərir. Nümayəndəlik ərazisində ki,  məktəblərdə  314 şagirdin təhsili ilə 75 müəllim məşqul olur.

 Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək ilk növbədə Ölkəmiz və Rayonumuzda gedən abadlıq quruculuq işlərindən məlumat verərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasətindən danışdı. Sonra A.Qocayev hesabat iştirakçılarına Samux Rayon İcra Hakimiyyəti Başcısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununlarına bağlı hesabatına münasibət bildirilməsini xahiş etdi.

Tədbir iştirakçıları hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər.

 

Keçidlər