Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və 2023 –cü ildə qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.

30 yanvar 2023 | 17:58
Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və 2023 –cü ildə qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.Tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Hesabatda Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Samux şəhər ərazisində fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edirdilər.
Samux şəhər İƏD-si üzrə nümayəndəsi Elşad Qasımov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir ki, son on doqquz ildə Azərbaycanın müstəqil dövlətçilik ənənələri formalaşdırılmış, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradılmışdır. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilmiş, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlmiş, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılmış, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər gerçəkləşdirilmişdir.
Samux şəhərində 2450 təsərrüfatda 12111 nəfər əhali yaşayır, o cümlədən keçmiş məcburi köçkün ailələrində 466 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır.
Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 12111 nəfər təşkil edir ki, onlardan da 7153 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 3200 nəfər dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil, səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.
Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək ilk növbədə ölkəmiz və rayonumuzda gedən abadlıq quruculuq işlərindən məlumat verərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasətindən danışdı. Sonra Alı Qocayev hesabat iştirakçılarına Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İƏD-si üzrə nümayəndəsinin 2022-ci ilin yekunları ilə bağlı hesabatına münasibət bildirilməsini xahiş etdi. Tədbir iştirakçıları hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər.
Keçidlər