Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatını dinlənilib

30 yanvar 2024 | 17:47

30 yanvar 2024-cü il tarixdə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabatda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları,  idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Hesabat yığıncağında Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib.

Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  bölgələrə göstərilən diqqət və qayğıdan, rayonda gedən sosial-iqtisadi inkişafdan danışıb, 2024-cü ildə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini bildirib.

 

Keçidlər