Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başcısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.

11 yanvar 2023 | 18:35

Samux Rayon İcra Hakimiyyəti Başcısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.

Tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd edildi.

Hesabatda Samux rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəlilova Kamalə Bayram qızı, Samux rayon İcra Hakimiyyətinin  Humanitar şöbəsinin baş məsləhətçisi Rüstəmov Fərid Zabit oğlu, Əhmədbəyli kənd ərazisində fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və kənd sakinlər iştirak edirdilər.

  

      Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Şükürov Seymur çıxış edərək qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasəti nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir və bununlada beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əhalin sosial rifahının yaxşılaşdırmaq məqsaədi ilə hər il əmək haqılarını və təqaüddəri artırır.                

Daha sonra S.Şükürov bildirdi ki, Əhmədbəyli kənd ərazisində 515 təsərrüfat  vardır. Həmin təsərrüfatlarda  1962 nəfər qeydiyyatda durur. Kəndimizdə 1 orta məktəb, 1 uşaq bağçası, 1 tibb mətəqəsi, 1 kitabxana, ATS və Poçt şöbəsi fəaliyyət göstərir.  Nümayəndəlik daim xidməti təşkilatlarnan sıx əlaqəli şəkildə işləyərək kənd sakinlərinin il ərzində 2 yazılı və 40 shfahi olmaqla müraciətlərinin həll olunmasına köməklik göstərmişdir.  İl ərzində bir neçə dəfə olaraq şəhid ailələrində görüşlər olmuş, onlara mənəvi dayaq olunmuşdur. 2023 –cü ildə dahada yaxşı faliyyət göstərəcəyimizə söz veririk.

 Samux rayon İcra Hakimiyyəti Başcısının müavini Xəlilova Kamalə Bayram qızı çıxış edərək ilk növbədə Ölkəmiz və Rayonumuzda gedən abadlıq quruculuq işlərindən məlumat verərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaq görənliyi və uğurlu siyasəti danışdı. Sonra Samux rayon İcra Hakimiyyəti Başcısının müavini Xəlilova Kamalə Bayram qızı hesabat içtirakçılarına Samux Rayon İcra Hakimiyyəti Başcısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2022-ci ilin yekununlarına bağlı hesabatına münasibət bildirilməsini xahiş etdi.

Tədbir iştirakçıları hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər.

 

       

Keçidlər