Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində “5 mart - Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə idmançılar və idman ictimayəti ilə görüş keçirildi.

03 mart 2023 | 10:24

Samux rayon Heydər Əliyev Mərkəzində “5 mart - Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə idmançılar və idman ictimayəti ilə görüş keçirildi.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev idmançılar və idman ictimayətini əlamətdar gün münasibəti ilə təbrik etdi.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Emin Şəmmədov, UGİŞM-nin direktoru Faiq Aslanov, Samux Kikboksinq Klubunun direktou Elnur Salamov, Samux Güləş Klubunun baş məşqçisi Anar Cəlilov, GİKM-nin direktoru Kamil Məmişov və digər müəllimlər dövlətin idmana olan qayğısından və il ərzində Samux idmaçılarının nəticələrindən söhbət açdılar.

Daha sonra il ərzində rayonun bədən tərbiyə və idman siyasətinin inkişafında fəal iştirak edənlər idarə tərəfindən fəxri fərmanla təltif olundu.

Sonda xatirə üçün bütün idman ictimayəti üzvləri birgə foto çəkdirdi.

 

Keçidlər