Şriftin ölçüsü :

Saytın rəngi :

''Samux Kuboku -2025'' futbol turniri yekunlaşıb.

16 iyun 2025 | 11:15

''Samux Kuboku -2025'' futbol turniri yekunlaşıb.

15 iyun 2025-ci il tarixdə Samux rayon Ağasıbəyli kənd stadionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə bələdiyyə komandaları arasında futbol idman növü üzrə ''Samux Kuboku -2025'' turniri yekunlaşıb.

"15 iyun - Qurtuluş Günü" münasibəti ilə final oyununda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin əməkdaşları, idarə, təşkilat və müəssisə rəhbərləri, futbol ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları, idmançılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələr iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra final görüşünə start verilib. Ağasıbəyli - Qarayeri komandaları qarşılaşıblar. Görüş Qarayeri komandasının 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin bağlanış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin keçirilməsində əsas məqsəd rayon sakinləri arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olduğunu qeyd edib. Samux RİH başçısı cənab Firdovsi Əliyev bildirib ki, bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi üçün xüsusi tədbirlər həyata keçirildiyini, bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın bayrağının beynəlxalq kürsülərdə dalğalandığını və idmançılarımızın saysız-hesabsız uğurlara imza atdığını vurğulayıb.

Turnirdə qalib olan komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal, diplom və hədiyyələr ilə təltif olunub.

Keçidlər