Sağlam həyat tərzi, davranış və risk amilləri barədə rayonda əhalinin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə maarifləndirici aksiya keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyul 2023-cü il tarixdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” nın 3.3.7.2 bəndinə uyğun olaraq sağlam həyat tərzi və ətraf mühitin insan sağlamlığına təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə maarifləndirici aksiya keçirmişdir. Aksiya çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllülərdən ibarət işçi qrupu rayon ərazisində ayrı-ayrı küçələrdə, xüsusilə vətəndaşların sıx olduğu yerlərdə sakinlərlə maarifləndirici söhbətlər aparmış, sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici bukletlər paylanmışdır. Aksiyaya 72 nəfər cəlb olunmuşdur.