Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsi ilə Samux rayonunun sakinləri də müraciətlər edə bilərlər.

30 yanvar 2023 | 10:05

Samux rayonunun sakinləri də "Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsi ilə elektron müraciətlər edə bilərlər.

 

“Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portalın ərsəyə gətirilib istifadəyə verilməsində məqsəd, müasir elektron imkanlardan istifadə edərək, vətəndaş və icra hakimiyyəti arasında mövcud olan qarşılıqlı münasibətlərin keyfiyyətinin, çevikliyinin, şəffaflığının, əlçatanlığının artırılaraq nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir.
Portalda təklif edilən elektron xidmətlərdən istifadə sayəsində hər iki tərəf vaxta qənaət edəcək və bu eyni zamanda müəyyən izafi xərclərin aradan qalxmasına gətirib çıxaracaq.
Hazırda portalda sırf vətəndaşlara aid olan 3 modul üzrə elektron xidmətlər təklif olunmaqdadır. Bunlar aşağıdakılardır:
1. Vətəndaşların online yaxud yerində qəbulu üçün müraciət modulu
2. İcra hakimiyyəti tərəfindən verilən xidmətlərə müraciət modulu
3. E-iştirakçılıq (icra hakimiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrə vətəndaşların online rəy, şərh yazaraq münasibət bildirmələri) modulu.
Habelə, vətəndaşlar portaldan istifadə edərək “təklif” və “şikayətlər” bölməsindən online qaydada icra hakimiyyətinə müraciətlərini göndərərək online qaydada geri cavab əldə edə bilərlər.
Bütün yuxarıda qeyd olunan elektronlaşdırılmış xidmətlərdən faydalanmaq üçün, vətəndaş ilk növbədə www.rih.gov.az ünvanına daxil olmalıdır. Daxil olduqdan sonra, sağ üst küncdə yerləşən “Daxil ol” bölməsini sıxaraq www.asanlogin.my.gov.az saytında “İdentifikasiya nömrəsi ilə” yazılan hissədən istifadə edərək “Qeydiyyatdan keçməlidir”. Vətəndaş qeydiyyatdan keçdikdən sonra, www.rih.gov.az saytı vasitəsilə “Şəxsi kabinetinə” daxil olaraq, təklif olunan istənilən xidmətdən istifadə etmək, müraciət etmək imkanına malik olacaq. “Asan imza” yaxud “Elektron imzası” olan vətəndaşlarımız yenidən (təkrar) “Qeydiyyatdan keçmədən” elektron şəxsi imzasına aid məlumatlardan istifadə edərək birbaşa “Şəxsi kabinetlərinə” daxil ola bilmə imkanına malikdirlər.
Portal vasitəsilə icra hakimiyyətinə daxil olacaq istənilən elektron müraciət, hazırda qüvvədə olan qanunvericiliyin tələbləri istiqamətində cavablandırılması təmin ediləcək. Portalda qeydiyyatdan keçən vətəndaşlarımızdan istifadəçi və giriş üçün kodlarını məxfi saxlayaraq, növbəti istifadələr üçün mühafizə etmələri xahiş olunur. Unutmamaq lazımdır ki, müraciətlərə münasibətdə cavablar vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Odur ki, vətəndaş vaxtaşırı olaraq şəxsi kabinetinə daxil olub  müraciətinə münasibəti yoxlaması vacibdir.
Portal ilə əlaqədar video təlimatlarla tanış olmaq üçün aşağıdakı ünvanlara daxil olmağınız xahiş olunur.

https://www.youtube.com/watch?v=3J73x7rSJ6M&t=1s

https://www.youtube.com/watch?v=UsvmhU9w3eI

 

Keçidlər