Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid anasının dəfnində iştirak edib.

11 sentyabr 2023 | 11:41

 

Rayon rəhbəri şəhid anasının dəfnində iştirak edib.

Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olan Pərviz Həsənovun anası dünyasını dəyişib. Şəhid anası Zərəfşan Həsənova yaşadığı Samux rayon Poylu kəndində dəfn edilib.Onun uzun müddətdir xəstəlikdən əziyət çəkdiyi və xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Dəfində mərhumun yaxınları ilə bərabər Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Şəhid atası Həsənov Fərmayıl şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov İkinci Qarabağ müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəhidimizin bir qızı yadigar qalıb.

 

Keçidlər