Qarabağlar kəndində səyyar qəbul keçirilib
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə rayonun Qarabağlar kəndində səyyar qəbul keçirib.
Sakinlər ötən səyyar qəbulda qaldırılan bəzi məsələlərin o cümlədən yolların təmiri və elektrik təsərüfatının yenilənməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin sakinlər yeni salınan yaşayış massivinə qaz xəttinin çəkilməsi, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.