Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüş keçirildi.
15 noyabr 2022 | 17:49
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Vidadi Ələkbərov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.