Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib

08 yanvar 2024 | 16:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev daha bir şəhid ailəsi ilə növbəti görüş keçirib. Görüş çərçivəsində Samux rayonu Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun məzarı və ailəsi ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidin atası və yaxınları göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər