Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə fevralın 7-də Samux rayon Ziyadlı kənd tam orta məktəbində "Narkomaniya ümumbəşəri bəladır” adlı növbəti maarifləndirici tədbir keçirilib.
07 fevral 2023 | 15:12
Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə fevralın 7-də Samux rayon Ziyadlı kənd tam orta məktəbində "Narkomaniya ümumbəşəri bəladır” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Samux Rayon İcra Hakmiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Xəlilovanın, rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Emin Qurbanovun, rəisin Şəxsi heyyətin işləri üzrə köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədovun, Kadr və Peşə Hazırlığı üzrə baş inspektoru,polis mayoru Mehman Həsənovun,Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis mayoru İlqar Verdiyevin, Veteranlar şurasının sədri,ehtiyatda olan polis mayoru Məmməd Nəsibovun, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyevin, məktəblərin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə məktəblilərə geniş məlumat verilib.
Samux Rayon İcra Hakmiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Xəlilova çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Ağ ölümün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etməkdir. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın da məhz bu məqsədə xidmət etdiyini söylədi. K.Xəlilova rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsinə də hər zaman həssaslıqla yanaşdığını, bu sahədə görülən işləri daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb.
Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Emin Qurbanov məktəbliləri salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanı, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini qeyd edib. Yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan polis əməkdaşı narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib.
Kadr və Peşə Hazırlığı üzrə baş inspektor, polis mayoru Mehman Həsənov, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə məktəblilərə geniş məlumat verib. Məktəbliləri maraqlandıran sualları cavablandıran polis mayoru gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələrin hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, eləcə də polis əməkdaşlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb.Ziyadlı kənd tam orta məktəbin direktoru Şəfəq Alıyeva tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb.Sonda bir daha mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.