Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Burunqovaq kəndində baramaların saxlanılma şəraitinə baxış keçirilib.

25 may 2023 | 18:20

Samux rayonunun Burunqovaq kəndində baramaların saxlanılma şəraitinə baxış keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonda ipək qurdunun bəslənildiyi kəndlərdən biri olan, rayon mərkəzindən 75 km məsafədə Gürcüstan Respublikası ilə sərhəddə yerləşən Burunqovaq kəndində baramaların saxlanılma şəraiti ilə tanış olub, kümçülərin qayğıları ilə maraqlanıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlətimizin dəstəyi ilə son illər Samux rayonunda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün öz bəhrəsini verməkdədir. Belə ki, ölkəmizdə baramaçılığa göstərilən dövlət qayğısından faydalanaraq hər il pulsuz ipək qurdları ilə təmin olunan samuxlu kümçülər onlar üçün əlverişli və gəlirli təsərrüfat sahəsindən razılıqlarını ifadə edirlər. Buna görə də fermerlər gələcəkdə daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyurlar. 

Burunqovaq kəndindəki ipək qurdu artıq ipək sarmağa başalamışdır. Bol məhsul gözlənilir.

 

Keçidlər