Şriftin ölçüsü :

Saytın rəngi :

Kikboksinq idman növü üzrə Samux rayon açıq birinciliyi keçirilib.

23 iyul 2024 | 09:45


Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 30 illiyi, Samux Kikboksinq Klubunun 24 iliyi münasibəti ilə Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kikboksinq idman növü üzrə Samux rayon açıq birinciliyi keçirilib. Yarışda Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Qarayev, Samux rayonu üzrə gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq yarışların qalibi, Samux Kikboksiq Klubunun direktoru Elnur Salamov, şəhid, qazi və müharibə iştirakçıları və idmançılar iştirak etmişdir. Yarışda 14 şəhər və rayondan 30 klubun iştirakı ilə 400 nəfərdən artıq idmançı iştirak edib. Yarışda qalib gələn idmançılar diplom və medalla təltif olunub. Komanda hesabında 1-ci yer Samux komandası, 2-ci yer Gəncə sensey klubu, 3-cü yer Mingəçevir kolizey klubu layiq görülüb.

Keçidlər