Kəsəmən kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəsəmən kəndində səyyar qəbul keçirib.
Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri, yeni məktəb binasının inşası və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.