İdarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə Samux rayon turnirinin final mərhələsi keçirildi.
İdarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə Samux rayon turnirinin final mərhələsi keçirildi.
Samux rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayon sektorunun birgə təşkilatçılığı ilə 30 oktyabr 2023 - cü il tarixdə “Heydər Əliyev ili”nə həsr edilmiş asudə vaxtın səmərəli təşkili məqsədi ilə idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə Samux rayon turnirinin final mərhələsi təşkil olundu.
Final oyununda Qaz İstismar İdarəsi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Bölməsi qarşılaşdı. Gərgin keçən qarşılaşmada Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Bölməsi 5-1 hesabı ilə qalib gələrək turnirin çempionu oldu.
Turnirin mükafatlandırılma mərasimində Samux rayon İcra Hakimiyyəti başçısı Firdovsi Əliyev və digər məsul şəxslər iştirak etdi. İcra başçısı idmançılara uğurlar arzulayaraq rayonda idmanın daha da inkişaf etməsi istiqamətində öz tövsiyələrini verdi.
1-ci yer və 2-ci yeri tutmuş komandalar diplom medal və kubokla mükafatlandırıldı.
Turnirin keçirilməsində məqsəd: “Heydər Əliyev ili” ni qeyd etmək, Ulu Öndər Heydər Əliyev ideyalarını təbliğ etmək, sağlam həyat tərzini təbliğ və təşviq etmək, gənclərin asudə vaxtının səmərəli təşkilini həyata keçirmək və Rayonda futbol idmanının fəallığını təmin etməkdir.