İcra Hakimiyyətinin başçısı Alı Qocayev növbəti vətəndaş qəbulu keçirib.
07 sentyabr 2023 | 18:14
İcra Hakimiyyətinin başçısı Alı Qocayev növbəti vətəndaş qəbulu keçirib
Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, suvarma su ilə bağlı problemlərin aradan qaldırılması, yolun düzəldilməsi, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdiyini bildirib.