Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar gənclərin hərbi yürüşü keçirilmişdir.
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar samuxlu gənclərin hərbi yürüşü keçirilmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi münasibətilə 10 May 2023- cü il tarixində Samux rayon İcra Hakimiyyəti, Samux rayon Gənclər və İdman İdarəsi , Gəncə Daşkəsən Regional Təhsil idarəsinin Samux rayon Sektorunun birgə təşkilatçılığı ilə hərbi yürüş keçirilmişdir. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və digər rəsmi qonaqlar iştirak ediblər. Alı Qocayev gəncləri salamlayaraq qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu ikinci dövrdə də hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O, dəfələrlə hərbi hissələrdə, ön cəbhədə Silahlı Qüvvələrin heyəti ilə görüşüb. Heydər Əliyev hərbi sahənin gücləndirilməsi işi ilə yanaşı, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərini də əsas vəzifə hesab edirdi. Ulu Öndər çıxışlarının birində Vətən təəssübkeşliyinin müqəddəsliyini vurğulayaraq bu ifadəni işlətmişdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Şahin hərbi idman oyunun məktəbli komandaları hərbi paradla rəsmi qonaqların qarşısından keçərək Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonda tədbir iştirakçıları icra hakimiyyətinin başçısı cənab Alı Qocayev və digər rəsmi qonaqlara birgə xatirə şəkli çəkdirildi.