Heydər Əliyev irsi: müstəqil dövlətçilik ənənələri mövzusunda tədbir keçirildi.
01 fevral 2023 | 19:59
Heydər Əliyev irsi: müstəqil dövlətçilik ənənələri mövzusunda tədbir keçirildi.
01.02.2023-cü il tarixində 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar olaraq Samux rayon Heydər Əliyev Mərkəzi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: müstəqil dövlətçilik ənənələri” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələri haqqında geniş məlumat verdi. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Məmişov, Samux rayon Kitabxana Sisteminin direktoru Telli Nəsibova, Samux rayon Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov mövzu ətrafında geniş çıxış etdilər. Tədbir iştirakçılarının sualları cavablandırıldı.