Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində Samuxda növbəti ağacəkmə aksiyası keçirilib

23 dekabr 2023 | 11:42

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Samux rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında rayonun Ziyadlı kəndində, Samux-Yenikənd avtomobil yolunun kənarında və Burunqovaq, Salahlı, Poylu, Kəsəmən kəndlərinin ərazisində, bir gün ərzində, rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 15000 ağac əkilib. Əkilən ağacların suvarılması üçün damcılı suvarma sistemi quraşdırılıb.

Ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Keçidlər