Gəncədə Türkiyə konsulluğunda zəlzələdə həlak olanların xatirəsi Samux rayon ziyalıları tərəfindən də anılıb.
07 fevral 2023 | 16:39
Gəncədə Türkiyə konsulluğunda zəlzələdə həlak olanların xatirəsi Samux rayon ziyalıları tərəfindən də anılıb
Anım tədbirində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux ictimaiyyətinin nümayəndələri, ziyalılar, bir qrup rayon sakinləri iştirak edib. Tədbir iştirakçıları Türkiyənin Gəncə şəhərdəki Baş Konsulluğunun önündə yaradılan guşənin önünə gül dəstələri düzüblər.
Tədbirə qatılanlar Türkiyənin Gəncədəki Baş Konsullu Recep Öztopa görüşərək ona başsağlığı veriblər. Zəlzələ nəticəsində həlak olanlara rəhmət, yaralılara şəfa dilənib.
Baş konsul Recep Öztop göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.