Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Regional Qaz İstismar İdarəsinin Samux rayonu üzrə xidmət sahəsi qaz ilə bağlı problemlərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə başlayıb.

31 may 2023 | 18:38
Gəncə Regional Qaz İstismar İdarəsinin Samux rayonu üzrə xidmət sahəsi qaz ilə bağlı problemlərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə başlayıb.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonda qaz ilə bağlı problemlərin aradan qaldırılması ilə bağlı Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Taleh Şamuradovla görüşü keçirildi.Görüşdə rayonda qaz ilə bağlı olan problemlərin aradan qaldırılması, istismar müddətini başa vuran və erroziyaya uğrayan daşıyıcı qaz xətlərinin yeni politelin borularla əvəzlənməsi, yeni yaşayış massivlərinə qaz xəttinin çəkilməsi,rayonun Gürcüstan ilə sərhəddə yerləşən beş kəndinin təbii qazla təmin olunması ilə bağlı məsələlər müzakirə olundu.
Keçidlər