Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edib

12 yanvar 2024 | 14:57

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 12 yanvar 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Samux Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər