"Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi" mövzusunda seminar keçirildi.
06 aprel 2023 | 17:39
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə "Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi" mövzusunda seminar keçirildi.
06.04.2023-cü il tarixində rayon İcra Hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında ““Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.2-ci bəndinin icrası ilə əlaqədar "Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Nəsibov, rayon İcra Hakimiyyəti yanında fəliyyət göstərən İctimai Şuranın sədri Mehman Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Rüstəmov, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri,bələdiyyə sədrləri iştirak etmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsindən ötrü böyük imkanlar yaratdığını qeyd etmiş, Milli Fəaliyyət Planının bəndələrinin icrasına rayon İcra Hakimiyyəti tərəfindən böyük səy və diqqət göstərildiyini bildirmişdir. Silsilə tədbirlərin davamı olaraq bu günkü görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Nəsibov respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildirmiş, korrupsiya və rüşvətxorluqla məşğul olmağın hüquqi məsuliyyəti barədə tədbir iştirakçılarına dolğun məlumat vermişdir.
Rayon İcra Hakimiyyəti yanında fəliyyət göstərən İctimai Şuranın sədri Mehman Əliyev artıq iki il ərzində fəaliyyət göstərən İctimai Şuranın qarşısında qoyduğu məqsədlərə çatmaqdan ötrü bütün üzvləri ilə birgə səylə fəaliyyət göstərdiyini, İcra Hakimiyyəti ilə birgə rayonda maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirildiyini,respublikada tətbiq olunan "ASAN xidmət" modelinin dünyada Azerbaycan təcrübəsi kimi böyük nüfuza sahib olduğunu və dövlət qurumlarında bir çox elektron xidmətlərin tətbiqinin nəticəsi olaraq vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinin şəffaflığa böyük töhfə verdiyini vurğulamışdı.