Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında Samux rayonundan olan yaralı əsgərlərimiz ziyarət olundu.
Samux rayonundan olan, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatları zamanı yaralanan hərbi qulluqçular ziyarət olunub.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və müalicələri ilə maraqlanıb. Əlavə məlumat üçün qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribat zamanı Samux rayonundan olan 2 hərbi qulluqçu, Nəsirov Tələt Həbib oğlu və Aslanov Əli Zəlqəm oğlu yaralanıb. Hər ikisinin səhhəti normaldır, müalicələri davam etdirilir.
Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfalar diləyirik.